logo
logo
Sign in

Vyanada gezmeli yerler

avatar
Niyazi Ibrahimov
Vyanada gezmeli yerler
Vyana - Avstriyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, imperatorluğun möhtəşəm dövrlərindən qalma bir memarlıq mirasıdır. Nəhəng barok sarayları və möhtəşəm bulvarları ilə tamamilə nostaljik bir krallıq havasında olub, Avropanın ən gözəl şəhərlərindən biridir. Əsrlər boyu Habsburg sülaləsinin yaşadığı şəhər, bu müddət ərzində Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir.
Vyana mədəni irsi, görməli yerləri, kafeləri, şərab zavodları və sehrli atmosferi ilə bütün dünyada məşhurdur. Bütün bu yaxşı şeylərə əlavə olaraq təbii ki, qəbul etməli olduğumuz bir məqam da şəhərin bahalı olmasıdır. Məsələn, yalnız bir muzeyə girmək üçün 60 dollar ödəməlisiniz. Yaxşı xəbər isə budur ki, Vyanada pulsuz edilə biləcək bir çox şey var.
Qış aylarını soyuq keçirən Vyanada, qarlı havalar mart ayına qədər davam edə bilər. Bütün il boyu yağışlı olan şəhərdə, ən çox yağıntı iyul və avqust aylarında olur. Bunun səbəbi şəhərin okeanın keçid zonasında və kontinental iqlimdə olmasıdır. Şəhəri ziyarət etmək üçün ən yaxşı vaxt bahar və payızdır.
 
Hazırki bloqumuzda biz sizə Bakıdan Vyanaya getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Avstriyaya səyahət üçün şengen vizası gərəklidir.  Avstriyaya viza dəstəyi üçün bizə müraciət edə bilərsiniz.
Hal hazırda Bakıdan Vyanaya birbaşa uçuşlar olmadığı üçün, biletlər 2 - ci bir ölkə üzərindən həyata keçirilir. Lakin yaxın gələcəkdə birbaşa uçuşların da olacağı gözlənilir. Türkiyə üzərindən nəzərə alsaq, uçuş toplam  4-5 saata qədər davam edə bilər.
Şəhər mərkəzinə 20 km məsafədə olan Vyana Hava Limanından S-Bahn qatarına minərək şəhər mərkəzinə 40 dəqiqədə çatmaq mümkündür. Həmçinin hər otuz dəqiqədən bir yola çıxan Şəhər Hava limanı qatarları ilə də eyni vaxtda mərkəzdə ola bilərsiniz.
Çox böyük bir metro şəbəkəsinin olduğu Vyanada, metro, tramvay yolu və şəhərətrafı kimi dəmir yolu sistemləri vasitəsi ilə istədiyiniz yerə asanlıqla çatmaq mümkündür.
Avropanın tam mərkəzində yerləşdiyi üçün Vyana digər Avropa şəhərlərinə nəqliyyat üçün çox əlverişli bir yerə sahibdir. Eyni zamanda, Budapeşt və Praqa bir günlük səyahət olaraq da ziyarət edilə bilər. Məhz bu qayda ilə şirkətimiz tərəfindən təklif edilən qrup turlarına da qoşulmaq mümkündür.

250*250 RU

Viza prosesi

Turist vizasının qiyməti 35 avro təşkil edir. Vizaya müraciəti səyahətinizdən ən tez 2 ay və ya ən gec 20 gün öncə etməyiniz məsləhət görülür.
 
collect
0
avatar
Niyazi Ibrahimov
guide
Zupyak is the world’s largest content marketing community, with over 400 000 members and 3 million articles. Explore and get your content discovered.
Read more